AZ

Salyanda xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə görüş – FOTO

7 iyun tarixində Salyan şəhərində yerləşən “Zəhra Qayğı Nitq İnkişaf Mərkəzi”nin təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə görüş keçirilib. 

Tədbirin təşkilatçısı və mərkəzin rəhbəri, defektoloq-loqoped Gülxanım Qafarova çıxışı zamanı bildirib ki, görüşün əsas məqsədi cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların valideynlərinə yönəltməkdir.

Gülxanım Qafarova həm də xüsusi qayğıya ehtiyacı olan bir uşağın anası kimi qeyd edib ki, bu ailələrin cəmiyyət tərəfindən daha çox anlaşılmağa və dəstəyə ehtiyacı var. O, çıxışında belə anaların onlara məxsus xüsusi bir bayram gününün olmamasından da danışaraq, bununla bağlı rəsmi qurumlara müraciət edəcəyini bildirib.

Tədbir çərçivəsində valideynlər də öz fikirlərini bölüşüb, qarşılaşdıqları çətinliklər və ehtiyaclar haqqında danışıblar. Görüş qarşılıqlı anlayış və dəstək mühitində keçib. 




























Bizim.Media 

Seçilən
22
bizim.media

1Mənbələr