Türkiyəli məşhur sosial media fenomeni Nihal Candanın vəziyyəti ağırlaşıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrında çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə həbs edilən Nihal Candan həbsxanada olduğu müddətdə Anoreksiya Nervoza xəstəliyinə tutulub və onun çəkisi 29 kiloya düşüb.
Sağlamlıq vəziyyəti səbəbiylə sərbəst buraxılaraq xəstəxanaya qaldırılan gənc fenomen, müalicəsini rədd edib. Lakin dünən gecə onun vəziyyəti yenidən ağırlaşıb və reanimasiyaya aparılıb.
Anoreksiya Nervoza ilə mübarizəsini davam etdirən gənc qadının vəziyyəti ağır olaraq qalmaqda davam edir.