Avstriyanın cənubundakı Qraz şəhərində məktəbə silahlı hücum olub. Yerli mətbuatın məlumatına görə, hücum nəticəsində azı 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Əraziyə Xüsusi əməliyyat polisi göndərilib.
Avstriyanın “Kurier” və “Kronen Zeitung” qəzetlərinin məlumatına görə, xəsarət alanların əksəriyyəti tələbə və müəllimlərdir.
Avstriya polisi və xüsusi əməliyyat bölmələri ərazidə əməliyyata başlayıb. Milli ORF televiziyası hücumçunun tələbə olduğunu və özünü öldürdüyünü açıqlayıb.
Məktəbdə aparılan axtarış zamanı şübhəlinin meyitinin tualetlərdən birində tapıldığı bildirilib.