ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukrayna donanmasına verilən İHA müdafiə sistemlərinə texniki xidmət göstərmək üçün Sierra Nevada Corporation (SNC) müdafiə şirkəti ilə müqavilə imzalamaq niyyətindədir.
Editor.az bu barədə Sputnik-ə istinadla xəbər verir.
Sənədlər ABŞ Hərbi Dəniz Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Hava Sistemləri Komandanlığı adından dərc edilib. Bu sənədlər mühəndislərin, texniki xidmət üzrə mütəxəssislərin və digər texniki ekspertlərin iştirakını, həmçinin NATO əməliyyatları çərçivəsində Şərqi Avropada yerləşdirilən sistemlərə uzaqdan dəstəyi nəzərdə tutur. İş həm ABŞ daxilində, həm də xaricində aparılacaq.
Müqavilənin tendersiz verilməsi nəzərdə tutulsa da, sənədlərdə SNC-nin verilən bütün işləri müəyyən edilmiş müddətdə başa çatdırmaq üçün lazımi texniki səlahiyyətlərə və sistem inteqrasiyası təcrübəsinə malik olduğu qeyd edilib.
//Gülnarə Abasova, Editor.az