AZ

"Kəpəz"i tərk edənlərdən ikisinin kimliyi dəqiqləşdi - SON DURUM

"Kəpəz" yeni mövsümə yenilənmiş heyətlə başlayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi postunu tərk edən Azər Bağırovu hansı mütəxəssisin əvəzləyəcəyi dəqiqləşməsə də, qarşıdakı "futbol ili"ndə Gəncə komandası yenidən qurulacaq.

Yerli futbolçulardan artıq ikisinin - İlkin Qırtımovla Nicat Süleymanovun artıq özlərinə iş yeri axtardıqlaı dəqiqdirsə, iyunun 30-da müqavilə müddətləri başa çatacaq legionerlərin də əksəriyyəti ilə yollar ayrılacaq. "Sarı-göylər"in sıralarında geridə qalan mövsümdə yer alan futbolçulardan 4-5 nəfərin qalacağı gözlənilir.

"Kəpəz"in hazırlıqlara nə vaxt başlayacağına gəlincə, komanda ən yaxşı halda, iyul ayının əvvəllərində bir araya gələcək. 

Xatırladaq ki, Gəncə təmsilçisi son mövsümü 32 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.

Nihat
 

Seçilən
79
fanat.az

1Mənbələr