AZ

TƏBİB-dən vəfat edən tələbə qızla bağlı AÇIQLAMA - FOTO

Xəbər verdiyimiz kimi, Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Hadisə iyunun 7-si saat 5 radələrində baş verib. Belə ki, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Namiz qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:

"Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tələbə qız faciəvi şəkildə dünyasını dəyişdi - FOTO


Xatırladaq ki, yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.






Bizim.Media

Seçilən
53
bizim.media

1Mənbələr