Bundan başqa, ümumiyyətlə Rusiya xarici siyasətinin Cənubi Qafqaz oxu üzrə dinamikası çoxdan dəyişikliyə məruz qalıb ki, bu da Kremli Azərbaycanla əməkdaşlıq sahələrini genişləndirməyə sövq edir. Medinskinin bəyanatı hazırda Azərbaycanla Rusiya arasında Ermənistanla bağlı yaranmış fikir ayrılıqlarına mümkün işarələrdir. Ehtimalla Rusiya:
1. Ermənistanın təhlükəsizliyi, erməni kilsəsi ilə Nikol Paşinyan arasındakı qarşıdurma xətlərinə nəzarətdə Azərbaycanla Türkiyənin üstün mövqelərə çıxmasından narahatdır,
2. Azərbaycanla Ermənistanın sülh gündəliyinə Moskva mərkəzli tezislər əlavə etməyə çalışır,
III
Kəşfiyyat detalı
Mayın axırlarında dünyanın kəşfiyyat orqanlarının şefləri Rusiya Təhlükəsizlik Forumuna toplaşdı. Yəqin ki, Medinskinin açıqlaması qapalı görüşlərdəki məxfi qrifli məlumatların paylaşılmasına, onun Moskva tərəfindən təhlilinə və prosesdə Azərbaycanı hansısa oyuna cəlb etmək cəhdlərinə əsaslanır. Bunun ən dərinlikdəki məqamları barədə dəqiq fikir yürütmək çətindir. Ancaq bir neçə məsələ araşdırma predmeti ola bilər:
- Azərbaycanın NATO ilə əlaqələri müsbət meyarlar üzrə inkişaf etdirməsi, bunun Xəzər dənizinin təhlükəsizliyindəki rolu və əhəmiyyəti,
- Rusiyanın Azərbaycandan Ukrayna əleyhinə yardım tələb etməsinə Bakının isti yanaşmaması səbəblərindən Azərbaycanla olan ziddiyyətli maraqları qabardır. Açıqlamanın İstanbul danışıqlarından sonra verilməsi də məncə təsadüfi sayıla bilməz.
- Azərbaycanla Böyük Britaniya arasındakı münasibətlərdəki dinamikalar və bunun Rusiyanın maraqları ilə uyğunsuzluğu,
- İranın nüvə proqramı ilə əlaqədar Rusiya ilə ABŞ-nin eyni mövqeni bölüşməsi və Azərbaycanın regional təhlükəsizlikdən dolayı məsələyə həssas yanaşmaları,
- Azərbaycanın Rusiyada sığınacaq almış separatçılara qarşı keçirdiyi kəşfiyyat əməliyyatları Kremldəki qüvvələri Bakıya qarşı fəallaşdırır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31