İctimai fəal Qreta Tunberq ölkəsinə deportasiya edilib.
APA xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Nazirlik həmçinin onun təyyarədə çəkilmiş fotoşəkilini də paylaşıb. Bildirilib ki, o əvvəlcə Parisə, oradan da Stokholma göndəriləcək.
Onunla birlikdə daha üç nəfər ölkədən çıxarılıb.
Qeyd edək ki, Q. Tunberq “Madlin” gəmisi ilə Qəzzaya yardım aparan 12 nəfərdən biri idi.