AZ

“Ukraynaya gətirilən bütün “Bradley”lər demək olar ki, məhv edilib” - “Rostex”

“Bradley” PDM-lər yolsuzluq olan yerlərdən, tarlalardan keçə bilmirlər, qara torpaqda ilişib qalırlar və asan hədəfə çevrilirlər, buna görə də bu gün Ukraynaya gətirilən bütün “Bradley”lər demək olar ki, məhv edilib.

Herbiand.az bildirir ki, bu barədə “Rostex”-in baş direktoru Sergey Çemezov “Razvedçik” jurnalına müsahibəsində bildirib.

O qeyd edib ki, “Bradley”lərin ciddi zəif tərəfləri var: “Onlar yoldan kənarda, sahələrdə normal keçə bilmədikləri üçün hərəkətlilik baxımından problemlər yaşayırlar. Texnika qara torpaqda ilişib qalır və nəhəng ölçülərinə görə asan hədəfə çevrilirlər. Əgər nəticə birdirsə, onda  təkmilləşdirilmiş mühafizənin nə mənası var? Bu gün Ukraynaya təhvil verilən demək olar ki, bütün “Bradley”lər məhv edilib”.

Baş direktorun sözlərinə görə, yadda saxlamaq lazımdır ki, PDM tank deyil: “Bu texnika sürətli hərəkət qabiliyyətinə malik, çayları üzməklə keçə bilən, körpüləri və yolları olmayan yerlərdən keçə bilən nəqliyyat vasitəsidir. Bizim BMP-lərimiz bunu edə bilər, amma amerikalılarınkı edə bilməz”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
114
19
herbiand.az

10Mənbələr