Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Fanat.Az xəbər verir ki, G, H və K qruplarında ümumilikdə 6 görüş baş tutacaq.
Eyni vaxtda başlayacaq oyunlardan Finlandiya - Polşa qarşılaşması turnir mövqeyi baxımından prinsipiallıq daşıyır. Robert Levandovskisiz qalan polşalılar ən yaxın izləyicisi ilə səfər görüşündə liderliyini qorumağa çalışacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Fransa, İslandiya və Ukrayna yığmaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək.
DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
9 iyun
G qrupu
22:45.Niderland - Malta
22:45. Finlandiya - Polşa
Xal durumu: Polşa - 6, Finlandiya - 4, Niderland - 3, Litva - 2, Malta - 1.
H qrupu
22:45. Rumıniya - Kipr
22:45. San Marino - Avstriya
Xal durumu: Bosniya və Herseqovina - 9, Rumıniya - 3, Kipr - 3, Avstriya - 3, San Marino - 0.
K qrupu
22:45. Latviya - Albaniya
22:45. Serbiya - Andorra
Xal durumu: İngiltərə - 9, Albaniya - 4, Latviya - 3, Serbiya - 1, Andorra 0.