AZ

Yeniyetmə istedad “Real”da oynayacaq

Nəhayət, Franko Mastantuono uğrunda mübarizənin qalib klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir kix “Real” “River Pleyt”in futbolçusu ilə anlaşıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, Madrid klubu 17 yaşlı vingerlə 6 illik müqavilə imzalayacaq. Bu transferinə görə Argentina klubu 45 milyon dollar qazanacaq.

Romano bildirir ki, “River Pleyt” Mastantuononun Klublararası Dünya Çempionatının sonuna qədər komandada qalmasını istəyir.

Franko bu mövsüm Buenos Ayres klubunun heyətində 19 oyuna çıxaraq 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
101
football-plus.az

1Mənbələr