Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisi ilə baş tutacaq yoldaşlıq görüşündən əvvəl mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, 61 yaşlı mütəxəssis “Liv Bona Dea Arena”da təşkil olunacaq oyunla bağlı gözləntilərini belə çatdırıb:
Azərbaycan millisi bizimlə oyunda qələbə qazanmaq istəyir. Fernandu Santuş Portuqaliya ilə mühüm qələbələr qazanıb. Biz balaca komandadan danışmırıq. Portuqaliya son 10 ilin ən yaxşılarındadır. Portuqallar Santuşla Avropa çempionatını və ilk UEFA Millətlər Liqasını qazanıb.
Azərbaycanla oyunda taktiki dəyişikliklər edəcəyəm. Əsas heyətdə də dəyişiklik olacaq. Bunların hamısı öncədən planlaşdırmışdıq. Bu, İsveçə uduzmuşuq deyə olmayacaq. Keçən oyuna görə bəraət axtarmıram. Nəticə bizim əlehimizə olsa da, statistika biz tərəfdə idi. DÇ-2026-nın seçmə mərhələsinin 3 oyununda xal toplamamışıq. Nələri dəyişməli olduğumuza baxmalıyıq.
6 il öncəki Azərbaycan yığması ilə indikini arasında çoxlu dəyişiklik olub. Demək olar ki, rəqib yeni futbllçulardan qurulub. Əgər yaxşı xatırlayıramsa, buradakı oyun çətin olmamışdı. Amma Macarıstanda çətinlik çəkdik. Orada ofsaydla bağlı müəmma da var idi. Biz top komanda deyilik. Heç bir rəqibə yuxarıdan aşağı baxmırıq. Sabah bizi çətin və önəmli matç gözləyir".