AZ

Politico: Aİ Rusiyaya qarşı yeni sanksiyaları iyunun 20-də səsverməyə çıxara bilər

Avropa İttifaqı iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketini səsverməyə çıxara bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico qəzeti Avropa diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu səsvermə yalnız ABŞ-la mövqelər razılaşdırılacağı təqdirdə baş tuta bilər.

“Əgər ABŞ koordinasiyalı yanaşmaya razılıq versə, yeni sanksiya paketinə dair səsvermə artıq 20 iyunda keçirilə bilər”, – məqalədə bildirilir.

Brüssel bu mövzuda “siqnalı” ABŞ-dan yaxın vaxtlarda keçiriləcək G7 sammitində almağa ümid edir.

Seçilən
105
50
nocomment.az

10Mənbələr