AZ

Dünya Bankı qadınların əmək bazarına bərabər çıxışının təmin olunmasında Azərbaycanın uğurunu qeyd edib

Bakı. Trend:

Azərbaycan qadınların əmək fəaliyyətinə bərabər çıxışının təminolunması istiqamətində əhəmiyyətli addım atıb.

Trend xəbər verirki, bu barədə Dünya Bankının “Women, Business and the Law”(“Qadınlar, biznes və qanunvericilik”) adlı layihəsinintəqdimatında deyilib.

Layihənin təqdimatında özəl sektorun inkişafı üzrə başmütəxəssis Culiya Braunmiller bildirib ki, əvvəllər qanunvericilikqadınların 674 peşə üzrə işləməsini qadağan edirdi. Bu peşələrəqatar maşinistləri, avtobus sürücüləri və köməkçi işçilər də daxilidi. Lakin “Qadınlar, Biznes və Qanunvericilik” təşəbbüsüçərçivəsində həyata keçirilmiş hüquqi islahatlar nəticəsində bumaneələr aradan qaldırılıb.

Braunmiller buna misal kimi “Azərbaycan Dəmir Yolları”nda ilkqadın maşinist olan Samirənin ilhamverici hekayəsini göstərib.

“Onun 26 yaşı var, peşə məktəbini bitirib və bu gün bu peşə iləailəsini dolandırır. Samirə uşaqlıqdan maşinist olmağı arzulayıb vəbu arzusunu gerçəkləşdirə bildiyinə görə sevinc və qürur hissiyaşayır. Əgər bu hüquqi islahatlar həyata keçirilməsəydi, bu arzuonun üçün əlçatmaz olaraq qalacaqdı. Bu cür islahatlar bir dahasübut edir ki, səyləri birləşdirməklə qadınların potensialını tamaçmaq və onlara kişilərlə bərabər əmək şəraiti yaratmaq mümkündür”,- deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
340
50
az.trend.az

10Mənbələr