AZ

Sərəncam - Bu ölkələrin ABŞ-a girişi qadağan edildi

12 ölkənin vətəndaşının ABŞ-a girişinə qadağa qoyulub.

News24.az xəbər verir ki, bu qadağa ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamla bu səhər qüvvəyə minib.

Tramp qərarında bu addımı “ABŞ-ı xarici hücumçulardan və digər təhlükəsizlik təhdidlərindən qorumaq” üçün atdığını bildirib.

Qadağaya daxil olan ölkələr: Əfqanıstan, Myanma, Çad, Konqo Demokratik Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir.

ABŞ rəhbərliyi sözügedən ölkələrdə səyahət edən şəxslərin effektiv şəkildə yoxlanılmasına imkan verəcək sistemlərin olmadığını vurğulayaraq, bu ölkələrin vətəndaşlarının viza müddəti bitdikdən sonra ölkədə qalmağa meylli olduqlarına diqqət çəkib.

Onu da qeyd edək ki, eyni sərəncam Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesueladan gələnlərə də viza məhdudiyyətləri tətbiq edib.

Günel Məlikzadə



Seçilən
87
12
news24.az

10Mənbələr