AZ

İyunun 9-dan bu ölkə vətəndaşlarının ABŞ-yə girişinə qadağa qüvvəyə minir

BAKI, 9 iyun. TELEQRAF

Ağ Ev rəhbəri Donald Trampın bir sıra ölkə vətəndaşlarının ABŞ-yə girişinə tam və ya qismən məhdudiyyət qoyulmasını nəzərdə tutan sərəncamları bazar ertəsi qüvvəyə minir.

Teleqraf xəbər verir ki, bu sıraya 19 ölkə daxildir.

Xatırladaq ki, bu sərəncamı ABŞ Prezidenti Donald Tramp iyunun 5-də imzalayıb. Bu qadağaya Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşları daxildir.

Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarının da ABŞ-a girişi qismən məhdudlaşdırılıb.

Seçilən
106
16
teleqraf.com

10Mənbələr