AZ

ABŞ siyasətinin "SAĞALMAZ SİNDROMU"

ABŞ lideri Donald Tramp prezident təyyarəsinin pilləkənləri ilə qalxarkən büdrəyib. Bu hadisə onun sələfi Co Baydenin rezonans doğuran oxşar insidentlərini xatırladıb.

Publika.az xəbər verir ki, həmin anın videogörüntüləri "S-CPAN" tərəfindən yayımlanıb.

Trampın pilləkənlərdə ayağı büdrəsə də, əlinin köməyi ilə tarazlığını tez bərpa edib və qalxmağa davam edib. Onun ardınca ABŞ dövlət katibi Marko Rubio da eyni pilləkənlərdə büdrəyib.

Qeyd edək ki, Tramp Baydenin bu cür büdrəmələrini dəfələrlə məsxərəyə qoyub. 2021-ci ilin martında Bayden təyyarənin trapında üç dəfə yıxılmış, Ağ Ev bunu “güclü küləklə” izah etmişdi. Həmin vaxt Tramp tərəfdarlarına demişdi: "Mən Co Baydenin pilləkənlərlə enişini izlədim və dedim ki, "ona uduzmadım."

Seçilən
94
36
publika.az

10Mənbələr