AZ

Türkiyə millisi ABŞ yığmasını yendi

Futbol üzrə Türkiyə və ABŞ milliləri yoldaşlıq görüşü keçiriblər.

Fanat.Az xəbər verir ki, Konnektukut ştatında  baş tutan matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 1-ci dəqiqədə ABŞ açıb. Yerli fanatları Cek Makqlinn sevindirib. Türkiyə yığması 24-cü dəqiqədə Arda Gülerin qolu ilə tarazlığı bərpa edibsə, 3 dəqiqə sonra Kerem Aktürkoğlu adını tabloya yazdırıb.

Qeyd edək ki, Türkiyə iyunun 11-də Meksika ilə üz-üzə gələcək.

Nihat

Seçilən
119
fanat.az

1Mənbələr