AZ

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.

Fanat.Az xəbər verir ki, yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. 

Təmsilçimizin yarımfinaldakı rəqibi Malta olacaq.

Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.

Seçilən
291
fanat.az

1Mənbələr