AZ

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

3x3 basketbol üzrə Azərbaycan milli komandaları Kosovonun paytaxtı Priştina təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində bu gün mübarizəyə başlayacaqlar.

Fanat.Az xəbər verir ki, kişilərdən ibarət kollektiv B qrupunda iki oyun keçirəcək. 

Yığma Bakı vaxtı ilə saat 21:45-də Malta ilə, 23:35-də meydan sahibləri ilə üz-üzə gələcək.

Qadınlardan ibarət komanda isə B qrupunda Kosovo ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qarşılaşma saat 23:10-da başlayacaq.

Qeyd edək ki, yalnız təsnifat mərhələsinin qalibləri 5-7 sentyabr aralığında Danimarkada baş tutacaq Avropa Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Seçilən
106
fanat.az

1Mənbələr