AZ

"Tramp prezident olsaydı, nə baş verə biləcəyi" haqda danışmağı dayandırın..."

Almaniya kansleri Fridrix Merts ABŞ-a səfəri zamanı "FOX News" kanalına müsahibə verib.
 
Moderator.az-ın "Mignews" nəşrinə istinadla verdiyi məlumata görə, müsahibə zamanı aparıcı soruşub ki, kansler o zaman Tramp Ağ Evdə olsaydı, Rusiya ilə Ukrayna arasında müharibənin heç vaxt başlamayacağı fikri ilə razılaşırmı?
 
Buna cavab olaraq Almaniya kansleri “əgər o zaman Tramp prezident olsaydı” nə baş verə biləcəyi ilə bağlı spekulyasiyalara son qoymağa çağırıb. 
 
"Müharibəni başlayacağı-başlamayacağ hələ məlum deyil, amma məsələ ondadır ki, bu gün müharibə davam edir və biz indi baş verənlərlə məşğul olmalıyıq, təsdiqlənməmiş şeylər haqqında danışmamalıyıq. Bu, doğru və ya yanlış ola biləcək bir nəzəriyyə və ya fərziyyədir"", - Merts belə deyib.
 
Kanslerin sözlərinə görə, fakt faktlığında qalır ki, Ukrayna dünyada üçüncü nüvə potensialına malik idi, ölkə bundan imtina etdi və bundan sonra Rusiya hücum etdi. 
 
"Ukrayna 2008-ci ildə NATO-da ola bilərdi, lakin bu məsələ gündəmə gələndə Almaniya və Fransa Ukraynanın Alyansa qəbul edilməsinə qarşı çıxdılar. O zaman Putin hücuma keçərdimi? Bax, bu, sualdır, "Tramp prezident olsaydı, nə baş verərdi"- yox. Eyni sualı təkrar-təkrar vermək olmaz. Müharibə indi baş verir. Və biz bunu indi dayandırmalıyıq. Bu, bizim vəzifəmizdir", - deyə Fridrix Merts vurğulayıb.
 
S.Laçın
Seçilən
138
50
moderator.az

10Mənbələr