UEFA-nın Texniki Müşahidəçilər Qrupunun ümumi rəyinə əsasən, Konfrans Liqasında (KL) 2024/25 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyada “Betis”in yarımmüdafiəçisi İsko qalib gəlib.
İspaniyalı pleymeyker komandasının uğurlu çıxışında meydana çıxdığı 9 oyunda 2 qol, 3 məhsuldar ötürmə və hər oyuna 63 ötürmə ilə rol oynayıb. 33 yaşlı İskonun “Çelsi” ilə finalda komandasının yeganə qolunun ötürməsini verdiyini də qeyd edək.
KL-də mövsümün ən yaxşı gənc oyunçusu da müəyyənləşib. Bu nominasiyada isə “Yurqorden”in vingeri Tobias Qulliksen qalib gəlib. 21 yaşlı norveçli futbolçu mövsüm ərzində meydana çıxdığı 12 oyunda 4 qol vurub, oyundaşlarına 2 məhsuldar və 29 “açar” ötürmə verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta