AZ

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

İtaliyalı hakim Qabriel Kacari iki il müddətinə diskvalifikasiya olunub.

Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, buna səbəb sözügedən ədalət təmsilçisinin D Seriyası təmsilçisi "Pro Sesto"nun yarımmüdafiəçisi Alessandro Saleyə qarğış etməsidir.

Hadisə 2024-cü ilin noyabrında Kacarinin D Seriyasının B qrupunda "Milano" və "Pro Sesto" arasında keçirilən matçın baş hakimi olduğu zaman yaşanıb.

Futbolçu hakimin ona xərçəng xəstəliyinə tutulmasını arzuladığını əsas gətirərək əvəzlənməsini istəyib.

Qeyd edək ki, sözügedən görüş "Pro Sesto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
87
fanat.az

1Mənbələr