AZ

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

UEFA Millətlər Liqasının bu gecə baş tutan yarımfinal oyununda İspaniya seçməsinə 4:5 hesabı ilə uduzaraq mübarizəni dayandıran Fransa millisinin hücumçusu Kilian Mbappe tarixi uğura imza atıb.

Fanat.Az xəbər verir ki, yığma forması ilə çıxdığı 89-cu oyunda 31-ci dəfə assistlik edən ulduz forvard milli tarixində ən çox qol ötürməsi ilə yadda qalan oyunçu olub.

O, hesabında 30 assist olan Antuan Qrizmannı geridə qoyub. Kilian eyni zamanda, "xoruzlar"ın qol+ötürmə baxımından da ən məhsuldar futbolçusu ünvanına sahib çıxıb. 80 bal toplayan (49 qol və 31 assist) Terri Anrini qabaqlayıb.

Nihat

Seçilən
103
fanat.az

1Mənbələr