AZ

DÇ-2026: İtaliya, Xorvatiya və Belçika seçmə mərhələdə ilk sınağına çıxır - YENİLƏNİR

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək. 

Fanat.Az xəbər verir ki, üçüncü turun ilk oyun günündə 6 matç baş tutacaq.

Bugünkü görüşlər I, J və L qruplarında oynanılacaq.

I qrupunda yer alan İtaliya seçmə mərhələdə ilk oyununu qrup lideri Norveçə qarşı keçirəcək. J qrupunda da Belçika ilk sınağında əvvəlki 2 görüşdə 4 xal toplayaraq zirvədə qərarlaşan Şimali Makedoniya ilə üz-üzə gələcək.

Xorvatiya isə seçmə mərhələdəki ilk oyununu L qrupunun autsayderi Cəbəllütariqə qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda Fransa, İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələyə sentyabrda start verəcək.

DÇ-2026
Seçmə mərhələ, Avropa zonası
6 iyun

I qrupu

22.45. Norveç - İtaliya
22.45. Estoniya - İsrail

Xal durumu: Norveç - 6, Estoniya - 3, İsrail - 3, İtaliya - 0 (0 oyun), Moldova - 0.

J qrupu

22.45. Uels - Lixtenşteyn
22.45. Şimali Makedoniya - Belçika

Xal durumu: Şimali Makedoniya - 4, Uels - 4, Qazaxıstan - 3, Belçika - 0 (0 oyun), Lixtenşteyn - 0.

L qrupu

22.45. Çexiya - Monteneqro
22.45. Cəbəllütariq - Xorvatiya

Xal durumu: Çexiya - 6, Monteneqro - 6, Xorvatiya - 0 (0 oyun), Farer adaları - 0, Cəbəllütariq - 0.

Seçilən
191
fanat.az

1Mənbələr