Bakı. Trend:
2024-cü ildə Yaponiyada doğulan uşaqların sayında antirekordqeydə alınıb. Bu, müvafiq statistikanın aparıldığı 1899-cu ildənbəri ən aşağı göstəricidir.
Trend xəbər verir ki,Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, ilərzində ölkədə 686 min 61 uşaq dünyaya gəlib və bu, 2023-cü ildəkigöstəricidən 41 min nəfər azdır.
Statistikaya yalnız ölkədə yaşayan yaponlar daxil edilib. Fevralayında dərc olunan statistikaya əsasən, Yaponiyada yaşayanəcnəbilər və xaricdə yaşayan yaponlar da daxil olmaqla, 2024-cüildə doğulan körpələrin sayı 720 mindən çoxdur.
Qeyd edək ki, Yaponiyada doğum sayı artıq doqquzuncu ildir ki,mütəmadi olaraq azalır. Bu, eyni zamanda, ölkədə qocalmatendensiyası ilə müşayiət olunur. Hazırda Yaponiyada 15-64 yaşarasında olan əmək qabiliyyətli əhalinin sayı 60 faizəyaxındır.