Bakı. Trend:
Cari ilin aprel ayı üçün Avropa İttifaqı ölkələrində işsizliksəviyyəsinə dair məlumatlar açıqlanıb. İşsizlik səviyyəsi 5,9 faizsəviyyəsində qalıb. İllik müqayisədə göstərici 0,1 faiz azalıb.
Bu barədə Trend“Eurostat” statistika idarəsinin hesabatına istinadən məlumatverir.
Toplanmış məlumatlara görə, ən aşağı işsizlik səviyyəsi Çexiyada2,7 faiz (ay ərzində 0,1 faiz artıb) və Maltada 2,7 faiz (0,1 faizazalıb) qeydə alınıb.
Apreldə Polşa və Bolqarıstanda işsizlik səviyyəsi 4 faizdənaşağı olub və hər iki ölkədə 3,3 faiz təşkil edib. Bundan başqa,Almaniyada 3,6 faiz, Kiprdə 3,7 faiz, Niderlandda isə 3,8 faizişsizlik səviyyəsi olub.
Avrozonada işsizlik səviyyəsi 6,2 faiz olub və mart ayı iləmüqayisədə 0,1 faiz azalıb. İllik müqayisədə avrozonada işsizlik0,2 faiz azalma göstərib.
“Eurostat”ın qiymətləndirmələrinə görə, aprel ayında Avropaİttifaqında işsiz sayılanların sayı 12,902 milyon nəfər olub.Onlardan 10,680 milyon nəfəri avrozonada yaşayır. Mart ayı iləmüqayisədə işsizlik səviyyəsi Avropa İttifaqında 188 min nəfər,avrozonada isə 207 min nəfər azalıb. İllik müqayisədə isəişsizlərin sayı Avropa İttifaqında 217 min, avrozonada 343 minnəfər azalıb.
Avropa İttifaqında 25 yaşadək gənclər arasında işsizliksəviyyəsi aprel ayında 14,8 faiz olub və əvvəlki aya nisbətən 0,2faiz azalıb. Avrozonada isə gənclər arasında işsizlik 14,4 faiztəşkil edib (əvvəlki ay 14,8 faiz olub).