BAKI, 5 iyun. TELEQRAF
Şimali Atlantika Şurası müdafiə nazirləri səviyyəsində ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviçi NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsinə təsdiq edib.
Teleqraf xəbər verir ki, bu barədə alyansın mətbuat xidmətinin bəyanatında deyilir.
“Şimali Atlantika Şurası ABŞ Hərbi Hava Qüvvələrinin generalı Aleksus Qrinkeviçin NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsinə təyin edilməsinə razılıq verib”, - deyə mətbuat xidməti məlumat yayıb.
Qrinkeviç general Kristofer Kavolini əvəzləyərək bu vəzifədə yayın sonuna qədər öz vəzifəsini icra edəcək.