AZ

Babək- Azərbaycan dövlətinin qurucusu! - Dayaz intriqantlara dərin tarixi anladıram

Bəzilərinin zənn etdiyi kimi, Babək heç də sovet dövründə şişirdilmiş tarixi şəxsiyyət deyil. Tam əksinə, sovet tarixçiləri Babəki dövlət başçısı səviyyəsindən üsyan liderinə çevirməklə Azərbaycan tarixi və Azərbaycan tarixinin dialektikası baxımından çox mühüm bir paradiqmanı təhrif edib. Sevindirici haldır ki, bu paradiqmanın bərpa olunması üçün AMEA-nın Tarix İnstitutunun tədqiqatçıları son illərdə çox ciddi araşdırmalar aparır və bu yöndə mətbuata da rəylər verirlər. Babək dövrünün məhz Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi kimi tədqiq olunmasını ictimai müzakirələrdə ilk təklif edənlərdən biri mənəm və bununla qürur duyuram. Düşünürəm ki, bu paradiqmaya yenidən diqqət çəkməkdə fayda var.

İlk növbədə onu nəzərə almaq lazımdır ki, “Azərbaycan” bir toponim olaraq ərəb işğalı dövründə formalaşıb. Ondan öncə heç bir mənbədə, heç bir qaynaqda məhz bu şəkildə “Azərbaycan” kəliməsi yoxdur. Çox sadə məntiqə görə, sırf “Azərbaycan” mərkəzli dövlətçilikdən danışırıqsa, onun başlanğıc nöqtəsi ərəb işğalından sonraya təsadüf etməlidir.

İkinicisi, orta çağ kontekstində “dövlət nədir” sualına cavab tapmalıyıq. Hər kəsin başa düşəcəyi bir dildə ifadə etsək, orta çağda dövlət müəyyən bir əraziyə sahib olan, o ərazi üzərində hakimiyyət tətbiq edən, idarə sistemi və qanunları ilə ictimai münasibətləri tənzimləyən bir təsisatdır. Bu dövrdə dövlət anlayışı mərkəzləşmiş idarəetmə, güc monopoliyası və legitimlik əsasında formalaşırdı.

• Ərazi: Babək dövründə indiki adları ilə desək, Həmədandan Qarabağa, Bakıdan Zəngəzuradək bir ərazi “Azərbaycan” adlanırdı. Şərq sərhədləri Xəzər, cənub sərhədləri Həmədan olan “Babəkin ölkəsi” unikallıq qazanmış coğrafi parça idi.
• Əhali: Azərbaycan ərazisində yaşayan və Babəkin idarəçiliyinə tabe olan toplum vardı. Bu toplum istər etnik, istərsə də kulturoloji məzmununa görə, çevrəsindəki üç qüdrətli dövlətin qurucu etnosundan fərqli, spesifik parametrlərə malik idi. Azərbaycan adı ilə unikallaşmış coğrafiya unikal bir toplumla “ali hakimiyyət”ə malik olmaq əzmi qazanmışdı. Bu məqama xüsusi diqqət etmənizi xahiş edirəm, çünki Babəkin Azərbaycanın içindəki bir qövm- ağaçərilər (hunların bir qolu) gələcəkdə Azərbaycanda oğuz dilini unikallaşdıraraq müasir ədəbi dilimizin tarixi bazasını formalaşdıracaq.
• Suverenlik: Xarici güclərin müdaxiləsindən asılı olmadan özünü idarə etmək qabiliyyətidir. Bu qabiliyyətin Babək dövründə olmamasını iddia etmək absurddur.
• İdarəçilik sistemi: Babək bir qurultayda xürrəmilərin lideri seçildi. Bu, qədim türk törəsidir və onun dövründə Xəzər xaqanlarının seçki modelidir. “Azərbaycan məliki”- tarixi qaynaqlardan seçilmiş ifadədir- Babəkin hakimiyyət ierarxiyası və subardinasiyası vardı. Bu, təkcə hərbi müstəvidə deyil, sosial-iqtisadi müstəvidədə aparılmış strukturlaşmanın təzahürü idi. Hər nə qədər, Ziya Bünyadovun dediyi kimi, Babəkin apardığı reformalar barədə geniş məlumata malik olmasaq da, ərəb xilafətindən fərqli təşəkkül edən sosial-iqtisadi sistemdən xəbərdarıq.
• Davamlılıq: Babəkin idarəçilik sistemi “qaçaq-quldur dəstəsi”nin nüfuz bölgüsü deyildi, ardıcıl, nizamlı, kontrollu bir müəssisə idi.
• Beynəlxalq tanınma: Babək Abbasilər xaric, digər əsas dövlətlər- Bizans və Xəzər imperiyası tərəfindən tanınırdı. Hətta Bizansa dəstək ordusu belə göndərmişdi.

Digər atributlara gəlincə, Azərbaycanın bayrağı, həbsxanası, xəzinəsi, hökmdarlıq möhürü, protokolu vardı.

Seçilən
130
50
aznews.az

10Mənbələr