AZ

Məşhur braziliyalı İngiltərə klubundan getdi - RƏSMİ

Braziliya millisinin sabiq vingeri Villian İngiltərənin "Fulhem" klubundan ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.

36 yaşlı futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib. 

Sözügedən oyunçu London təmsilçisinin heyətində 12 matçda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb. 2022-2024-cü illər aralığında "Fulhem"də çıxış etmiş oyunçu bu ilin fevralında komandaya dönmüşdü.

Villian 2011-2019-cu illər aralığında Braziliya yığmasının formasını geyinib. O, pentakampionlarla 2019-cu ildə Amerika Kubokunun qalibi adını qazanıb.

Seçilən
104
fanat.az

1Mənbələr