AZ

Nagelsman Portuqaliyaya məğlubiyyətin günahkarlarını göstərdi: "Son il yarımda..."

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman komandasının Millətlər Liqasının yarımfinalında Portuqaliyaya uduzmasının səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bəzi hücumameyilli futbolçuların passivliyindən gileylənib. 

Alman çalışdırıcı UEFA-nın mətbuat xidmətinə belə danışıb: 

"Bu, son il yarımda ən pis oyunlarımızdan biri idi. Bizdə aqressivlik və ümumilikdə aktiv hərəkətlər yox idi. Hücum oyunçularımız çox passiv idi. Hər bir oyunçunun 100 faiz fədakarlıq göstərməsi lazımdır".

Qeyd edək ki, Almaniya Münhendə keçirilən yarımfinal oyununda hesabı açmasına rəğmən, sonda 1:2 hesabı ilə uduzaraq finala çıxa bilməyib.

Mirağa

Seçilən
94
fanat.az

1Mənbələr