AZ

Şahzadə Harri soyadını dəyişdirir

Yazını böyüt
Yazını kiçilt

İngiltərə kralı III Çarlzın oğlu və Sasseks hersoqu Şahzadə Harri övladlarının Britaniya pasportlarının alınması prosesindəki gecikmələrə görə yeni qərar ərəfəsindədir. Britaniya mətbuatında çıxan xəbərlərə görə, Harrinin soyadını anası Şahzadə Diananın soyadı olan "Spenser"ə dəyişdirməyi düşündüyü irəli sürülüb.

Hafta.az-ın yazdığına görə, kral ailəsini tərk edərək 2020-ci ildə həyat yoldaşı Meqan və uşaqları Arçi və Lilibetlə birlikdə Kaliforniyaya köçən şahzadə Harri övladlarının Britaniya pasportlarını almaqda gecikmələrlə üzləşib. O, gecikmənin uşaqların Susseks soyadını və kral titullarını istifadə etməsi ilə bağlı olduğunu düşünür.

İngiltərə mətbuatı bu prosesdə şahzadə Harrinin dayısı Çarlz Spenserlə görüşdüyünü və Çarlz Spenserin Harriyə soyadını dəyişməməyi tövsiyə etdiyini yazıb. Şahzadə Harri ötən ay verdiyi açıqlamada ailəsi ilə barışmaq istədiyini, lakin atası Kral Çarlzın təhlükəsizlik səbəbi ilə onunla əlaqə saxlamadığını bildirib.

Seçilən
193
3
hafta.az

10Mənbələr