Kipr Futbol Federasiyasının (CFA) prezidenti Giorgos Koumas istefa verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı qurumun mətbuat xidməti məlumat yayıb.
O, korrupsiya iddiaları və televiziya hüquqları üzərində potensial maraqların toqquşması ilə bağlı davam edən cinayət araşdırması fonunda postunu tərk edib. Sabiq federasiya prezidenti vəzifəsindən ayrılmaq qərarını öncədən CFA İcraiyyə Komitəsinə çatdırıb.
2018-ci ildən Kipr Futbol Federasiyasının prezidenti vəzifəsində çalışan Koumas bu vəzifəsindən getsə də, FIFA Şurasının və UEFA İcraiyyə Komitəsinin üzvü olaraq qalır.