Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Demokrat.az-a bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.
Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.
Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.