AZ

AZPROMO və “ProGuatemala” nümayəndələri ticarət və investisiya imkanlarını müzakirə ediblər

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qvatemalanın İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən, investisiyaların cəlb edilməsi, ixracın təşviqi və ölkənin milli brendinin inkişafı üçün məsul olan dövlət agentliyi “ProGuatemala” arasında onlayn görüş keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Qvatemaladakı qeyri-rezident səfiri Məmməd Talıbov sosial şəbəkədə bildirib.

“AZPROMO və Qvatemala İqtisadiyyat Nazirliyi nəzdində “ProGuatemala” nümayəndələri mühüm görüş keçiriblər. Azərbaycan və Qvatemala arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı potensialının müzakirə olunduğu bu məhsuldar görüşdə iştirak etmək maraqlı idi”, – diplomat vurğulayıb.

Xatırladaq ki, ötən ay Məmməd Talıbov Perunun xarici işlər nazirinin müavini Feliks Deneqri Bosa ilə iqtisadi məsələləri müzakirə etmişdi.

Qeyd edək ki, Talıbov Azərbaycanın Meksikadakı rezident, Kosta-Rika, Kolumbiya, Peru, Qvatemala, Honduras, Panamada isə qeyri-rezident səfiridir.

Seçilən
96
3
report.az

10Mənbələr