AZ

Tramp: Rusiyanın G8-də üzvlüyünün saxlanılması Ukrayna münaqişəsinin qarşısını ala bilərdi  

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiyanın "Böyük Səkkizliy"də (G8) üzvlüyünün saxlanılması Ukraynada hərbi münaqişənin başlanmasının qarşısını ala bilərdi.

Parol.az xəbər verir ki, ameriaklı lider bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu formatda – Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Rusiya ilə birgə əməkdaşlıq böyük fayda verə bilərdi.

“Əvvəllər G8 formatı var idi, sonra heyrətamiz şəkildə Rusiyanı oradan çıxardılar. Əgər Rusiya həmin qrupda qalsaydı, indi vəziyyət çox fərqli ola bilərdi”, – deyə Tramp qeyd edib.

Seçilən
86
3
parol.az

3Mənbələr