“Barselona” rəhbərliyi “Atletik”in vingeri Niko Uilyamsın transferi ilə bağlı planlardan rəsmi olaraq imtina edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Kataloniya klubunun prezidenti Xuan Laporta ötən yay Uilyamsın “Barselona”ya maraq göstərməməsini əsas gətirərək bu transfer ideyasını bir kənara qoyub.
Həmin vaxt ispaniyalı futbolçu kataloniyalıların maliyyə məhdudiyyətləri səbəbindən onun müqaviləsinin qeydiyyata alına bilməyəcəyindən ehtiyat edirdi.
Laporta əvvəlcədən də “Liverpul”un kolumbiyalı hücumçusu Luis Diasa üstünlük verib. Bu səbəbdən Kataloniya təmsilçisi yay transfer pəncərəsində diqqətini məhz Diasın transferinə yönəldəcək.