AZ

Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb

Bu gün Laçının Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

FED.az xəbər verir ki, bu gün 38 ailə (153 nəfər) Bəylik kəndinə köçürülür.

Bakı şəhərindən – 1 ailə (2 nəfər), Ağcabədi rayonundan – 13 ailə (59 nəfər), Bərdə rayonundan – 13 ailə (45 nəfər), Sumqayıt şəhərindən – 4 ailə (18 nəfər), İsmayıllı rayonundan – 2 ailə (11 nəfər), Abşeron rayonundan – 2 ailə (7 nəfər), İmişli rayonundan – 2 ailə (6 nəfər), Beyləqan rayonundan – 1 ailə (5 nəfər) Bəylik kəndinə köçürülür.

Beləliklə, 31.05.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Laçın rayonunun Bəylik kəndinə cəmi 89 ailə (363 nəfər) köçürülmüşdür.

Seçilən
66
15
fed.az

10Mənbələr