AZ

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

"Sebasten İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. 

Valyuta.az-ın məlumatına görə, buna səbəb sözügedən inşaat şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 295842.29 AZN vergi borcunun olmasıdır. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin Ruslan Əliyev Elçin oğludur.

Lokal Gəlirlər Baş İdarəsi tərəfindən sözügedən borcun ödənilməsi üçün vaxt qoyulub və əks halda məhdudiyyət qoyulacaq.

Sabiq İsbəndərli

Seçilən
111
11
valyuta.az

10Mənbələr