AZ

Hakan Fidan: Rusiya ABŞ və beynəlxalq ictimaiyyətin gözündə mənfi vəziyyətə düşəcək

Rusiya tərəfinin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün danışıqlar prosesində çeviklik nümayiş etdirmək istəməməsi onu beynəlxalq ictimaiyyətin, xüsusən də ABŞ-ın gözündə mənfi vəziyyətə sala bilər...

Poliqon Hurriyet qəzetinə istinadən xəbər verir ki, belə bir bəyanatla bu yaxınlarda Rusiyaya səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevə gedərkən çıxış edib.

Onun sözlərinə görə, ABŞ Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesində əsas rol oynayır. ABŞ prezidenti Tramp lap əvvəldən dərhal atəşkəs istəyindən danışıb.

"Hazırda Ukrayna və Avropa tərəfi Amerikanın mövqeyinə uyğunlaşmaqda çeviklik nümayiş etdirdi və dərhal bunu qəbul etdi. İndi Rusiya eyni şeyi nümayiş etdirə bilmədiyi üçün əslində Amerika və atəşkəs istəyən beynəlxalq ictimaiyyətin gözündə əlverişsiz vəziyyətə düşə bilər", deyə türk diplomat əlavə edib.

Fidan vurğulayıb ki, Türkiyə Rusiya hakimiyyətinə, o cümlədən Rusiya prezidenti Vladimir Putinə atəşkəsin parametrləri ilə bağlı öz baxışını çatdırıb. Ankara da sülh yolu ilə nizamlanmada vasitəçilik etməyə hazır olduğunu bildirib:

"İndi tərəflər bir-birlərinə öz danışıqlar mövqelərini bəyan etməli və danışıqlar sənədini təqdim etməlidirlər".

Poliqon.info

Seçilən
24
50
poliqon.info

9Mənbələr