Bakı. Trend:
Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan,Türkiyədə yerləşən STAR neft emalı zavodu 2025-ci ilin mart ayında586 999,98 ton dizel yanacağı istehsal edib.
Bu barədə TrendTürkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK)məlumatlarına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin mart ayında zavodunistehsal həcmi 625 051,75 ton təşkil edirdi. Nəticə etibarı ilə,istehsalat həcmin illik ifadədə 6,1 faizə qədər azalıb.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-dafəaliyyətə başlayıb. O, neft emalı və neft-kimya sənayesinininteqrasiyasını təmin edir və Türkiyədə real sektora yatırılan ənböyük investisiyadır.
2024-cü ilin sonundan zavodun neft emalı gücü ildə 13 milyontona çatıb. STAR Neft Emalı Zavodu dizel, nafta, təyyarə yanacağıda daxil olmaqla müxtəlif neft məhsulları istehsal edir və 2023-cüildə Türkiyənin emal olunmuş neft məhsullarına ehtiyacının təxminən18 faizini ödəyib. İllik nafta istehsalı Petkim neft-kimyakompleksinin xammala olan tələbatını demək olar ki, tam ödəyir.
X: @Lyaman_Zeyn