Bakı. Trend:
Tədbirdə nəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi,bu sahədə çağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti vəinfrastruktur təminatına dair fikir mübadiləsi aparılıb,sahibkarların təklifləri dinlənilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanındaİctimai Şuranın təşkilatçılığı, Daxili İşlər Nazirliyinin vəAzərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) dəstəyi ilə “Yaşılnəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda ictimaimüzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdəmüvafiq dövlət qurumlarının və biznes assosiasiyalarınınnümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən 70-ə yaxınsahibkar iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev tədbirinnəqliyyat sahəsində yaşıl texnologiyaların tətbiqi, bu sahədəçağırışlar, yaşıl nəqliyyat vasitələrinin fəaliyyəti vəinfrastrukturun inkişafının müzakirə edilməsi məqsədilə təşkilolunduğunu qeyd edib.
Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini OqtayKərimov qeyd edib ki, ekoloji cəhətdən təmiz nəqliyyatvasitələrindən istifadəyə keçidin təmin olunması məqsədiləköhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olannəqliyyat vasitələrinin utilizasiyası üçün qanunvericilik bazasıtəkmilləşdirilib, ekoloji cəhətdən təmiz, elektrik və hibridmühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılmasıməqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı,dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar tətbiq edilib.Nəticədə ekoloji təmiz elektrik və hibrid mühərrikliavtomobillərdən istifadəyə maraq artıb. Ölkə ərazisində dövlətqeydiyyatında olan bu növ avtomobillərin sayı ümumi nəqliyyatın4,7%-ni təşkil edir. Təkcə 2025-ci ilin ötən dövründə ilkinqeydiyyata alınan ümumi nəqliyyat vasitələrinin 40%-ni hibrid vəelektrik mühərrikli nəqliyyat vasitələri təşkil edir. 2023-cü illəmüqayisədə dövlət qeydiyyatına alınan elektrik və hibrid mühərriklinəqliyyat vasitələrinin sayı 2 dəfə artıb. Avtomobillərdənatmosferə atılan tullantıların azaldılmasına nail olmaq məqsədiləEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ildə iki dəfə“Təmiz hava” aylığı keçirilir. Son bir ildə və cari ilin ötən dövrüərzində bu növ qaydaları pozan 34 124 sürücü barəsində inzibatitənbeh tətbiq edilib.
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevictimai nəqliyyatla bağlı görülən işlər, o cümlədən bu sahədəinfrastrukturun yenilənməsi, mikromobillik və bununla bağlıqanunvericilikdə edilmiş dəyişiklikləri diqqətə çatdırıb. Qeydolunub ki, ötən il Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrikavtobus və 55 ədəd ekoloji təmiz CNG avtobus istismara verilib. Buil özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın ekoloji təmizavtobusun alınaraq istismara buraxılması nəzərdə tutulur. 484məntəqədə mikromobillik (skuterlər üçün) parklanma yerləri təşkiledilib, 78 məntəqədə velosipedlərin parklanması üçün dəmirkonstruksiyalar quraşdırılıb, mikromobillik zolaqlarındatəhlükəsizliyin təmin edilməsi üçün müvafiq işlər görülüb. 2024-cüildən velosiped icarəsi xidmətinin tətbiqinə başlanılıb. Bakışəhərində operatorlar tərəfindən icarəyə verilən mikromobillikvasitələrinin sayı təxminən 4760 ədəd təşkil edir ki, bunların77%-ni skuter, 23%-ni isə velosiped təşkil edir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovqeyd edib ki, yaşıl nəqliyyatın inkişafı KOB-lar üçün yeni biznesimkanları açır və onları innovativ sahələrə yönəldir. Xüsusiləelektriklə işləyən avtomobil və digər nəqliyyat növlərininyayılması texniki xidmət mərkəzləri, enerji doldurma məntəqələri vəxidmət üzrə yeni fəaliyyət sahələri yaradır. Eyni zamanda yaşılnəqliyyat infrastrukturunun planlaşdırılması zamanı KOB-larınmaraqları və onların fəaliyyətinə təsir edən məsələlər nəzərəalınmalıdır. Yaşıl nəqliyyat sahəsində fəaliyyət göstərmək istəyən,həmçinin, bu nəqliyyatın fəaliyyətindən təsirlənən sahibkarlar busahədəki trendləri izləməli, yeni məhsul və xidmətlərəuyğunlaşmalı, ətraf mühitə az təsir göstərən logistik modellərintətbiqinə çalışmalıdır.
Tədbirdə biznes subyektlərinin müvafiq sahə üzrə təklifləri vəqarşıda duran məsələlər öyrənilib, mövzu ətrafında fikir mübadiləsiaparılıb, sahibkarların sualları cavablandırılıb.