"Barselona"nın hücumçusu Lamine Yamal və agenti Xorxe Mendes bu gün klub rəhbərliyi ilə görüşəcək.
90deqiqe.Az xəbər verir ki, görüşdə 2031-ci ilə qədər qüvvədə olacaq yeni müqavilənin imzalanması planlaşdırılır.
Bu mövsüm 17 yaşlı Yamal bütün turnirlərdə 55 matçda çıxış edərək 18 qol vurub və 25 məhsuldar ötürmə edib. O
nun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 180 milyon avrodur.