"Real Madrid" klubu daha bir transferi tamamlamaq üzrədir.
Offsideplus.az xəbər verir ki, "kral klubu" "Benfika"dan Alvaro Karrerası heyətinə qatmağa yaxındır. Bu keçidin dəyərinin 50 milyon avro olacağı gözlənilir.
Bu barədə "Relevo" portalı məlumat yayıb.
Karreras ötən ilin yanvarından "Benfika"da çıxış edir. 22 yaşlı sol cinah müdafiəçisi başa çatan mövsümdə 50 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
O, 2017-20-ci illər arasında "Real Madrid"in gənclər komandasında çıxış edib və daha sonra "Mançester Yunayted"ə transfer olub.