Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub.
Gecə boyunca tez-tez geyimlər dəyişən sənətçinin obrazları da böyük maraqla qarşılanılıb.
Rəqqaslarla və xüsusi şou ilə çıxış edən Azad Şabanov konsertdə hitlərini, həm də Azərbaycan klassik və müasir bəstəkarların mahnılarını canlı səsləndirib.
"Bir əsər" musiqili tamaşanın qurulçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi. Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub.
Azərbaycan səhnəsində bir ilkə imza atan Azad Şabanovun bütün çıxışları gür alqışlarla qarşılanılıb. Konsert anşlaqla keçib.