AZ

Almaniya kansleri Çin liderini Ukraynada atəşkəsə dəstək verməyə çağırıb

Almaniya kansleri Fridrix Merts Çin Xalq Respublikasının sədri Si Cinpini Ukraynada atəşkəsin əldə olunmasına yönəlmiş səyləri dəstəkləməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat katibi Ştefan Kornelius məlumat verib.

Məlumata görə, mayın 23-də Mers və Si Cinpin arasında telefon danışığı baş tutub.

“Kansler Avropa və ABŞ-ın atəşkəsin tezliklə əldə olunması istiqamətində apardığı birgə səylər barədə məlumat verib və bu təşəbbüslərə dəstək göstərilməsini xahiş edib”, – Kornelius bildirib.

Seçilən
25
12
apa.az

10Mənbələr