BAKI, 21 may. TELEQRAF
Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, Ermənistan XİN rəhbəri ilə danışıqlar zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etməyə hazır olduğunu təsdiqləyib.