AZ

MPL: 35-ci turun təyinatları açıqlandı

Misli Premyer Liqasında 35-ci turun təyinatları açıqlanıb.

Fanat.Az xəbər verir ki, sonuncudan əvvəlki turun mərkəzi oyunun da hakimi bəlli olub.

"Zirə" - "Sabah" qarşılaşması FİFA referisi Elçin Məsiyevə tapşırılıb. 

"Qarabağ"ın "Kəpəz"lə çempionluq kubokuna qovuşacağı matçı isə Rəvan Həmzəzadə idarə edəcək.

Qeyd edək ki, "Şamaxı" - "Araz-Naxçıvan" oyununda VAR fəaliyyət göstərməyəcək.

17 may (şənbə)

"Sumqayıt" – "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00

"Zirə" – "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00

"Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu, 17:00

18 may (bazar)

"Neftçi" – "Səbail"
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
“Neftçi Arena”, 17:00

"Qarabağ"– "Kəpəz"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rəhman İmami, Rauf Cabarov
VAR: Rəşad Əhmədov 
AVAR: Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 19:00

Seçilən
19
5
fanat.az

10Mənbələr