Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkəsinin Ümumdünya Ticarət Təşkilatına daxil olması və onun sürətləndirilməsi üzrə tədbirlər haqqında təqdimata baxıb.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, dövlət başçısının xüsusi nəzarəti altında 2023-cü ildən başlayaraq ÜTT-yə üzv olmaq üçün tədbirlər həyata keçirilir. Ötən müddətdə çoxtərəfli və ikitərəfli danışıqlarda müəyyən nəticələr əldə olunub.
O cümlədən, İşçi Qrupunun dörd mühüm iclası keçirilib, 500-dən çox məsələ qaldırılıb, 30-dan çox rəsmi sənəd ÜTT Katibliyinə təqdim edilib. Üzvlüyün sürətləndirilməsi üçün sektorlarda sistemli islahatlar həyata keçirilir.
Eyni zamanda, ikitərəfli danışıqlar çərçivəsində 33 ölkə ilə bazara çıxış danışıqları aparılıb, onlardan 24-ü ilə bu günə qədər danışıqlar yekunlaşıb.
Bu mənada milli qanunvericiliyin qurumun tələblərinə uyğunlaşdırılması çərçivəsində genişmiqyaslı hüquqi və institusional islahatlar həyata keçirilib. O cümlədən, 13 qanun, 10 prezidentin fərman və qərarı, 19 Nazirlər Kabinetinin qərarı, 10 idarələrarası normativ hüquqi sənəd qəbul edilib.
İclasda dövlət başçısı ÜTT-yə üzvlük prosesinin sürətləndirilməsi, onun keyfiyyətli və sistemli şəkildə təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Süleyman