AZ

Ölkədə vergi ödəyicilərinin sayı artıb

2023-cü ilin dekabrın 1-nə Azərbaycanda 1 507 494 vergi ödəyicisi olub ki, bu da ötən il dekabrın 1-nə nisbətən 7,7 % çoxdur. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verib.

Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlar olub.Son 1 ildə fərdi sahibkarların sayı 7,5 %, şirkətlərin sayı isə 9 % artıb.
 
2023-cü ilin 10 ayında 13 247 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,7 %-i yerli, 12,3 %-i isə xarici investisiyalıdır.
 
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 84,4 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib. 2023-cü ilin 10 ayında yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 1 831 yerli investisiyalı MMC qeydiyyata alınıb.

2023-cü ilin yanvar-oktyabrında fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 %, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 15,1 % artıb.

Noyabrın 1-nə 22 188 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Son 1 ildə onların aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 12,5 % artıb.
 
Aytac Zeynalova

www.anews.az
Seçilən
111
7
anews.az

7Mənbələr